İqtisadiyyat

5 qəpiklə bağlı vacib açıqlama

5 qəpiklə bağlı vacib açıqlama

Azərbaycanda nominalı ən kiçik olan 1, 3 və 5 qəpiklik pullar gündəlik dövriyyədən demək olar ki, tamamilə çıxıb. Bu xırda pul vahidlərinə hazırda yalnız böyük marketlərin kassa əməliyyatlarında qalıq pul kimi rast gəlinsə də, əksər vətəndaşlar artıq onları götürməyə belə maraq göstərmirlər. Müasir xidmət sektorunda, məsələn, nəqliyyat ödənişlərində bu qəpiklərin istifadəsi texniki cəhətdən mümkün deyil. İqtisadi reallıqlar fonunda 3 və 5 qəpiyə yalnız polietilen torba almağın mümkün olduğu halda, 1 qəpikliklərin alıcılıq qabiliyyəti tamamilə itib və bu pullar artıq simvolik xarakter daşımağa başlayıb.

Maraqlıdır, əhali tərəfindən artıq işlənməyən bu pul vahidi dövriyyədən niyə çıxarılmır?

Demokrat.az bildirir ki, iqtisadçı Natiq Cəfərli bizim.media-ya bildirib ki, bu pulların dövriyyədən çıxarılması yox, sifarişi dayandırılmalıdır:

Həmçinin oxu: 'Sən arvad almamışdan öncə kiminsə arvadı idin' 'Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm' 'Bu il sizi soyacaqlar'

“Əslində, 1, 3 qəpiyin istehsalı maya dəyərindən artıq başa gəlir. Yəni, 1 və 3 qəpiyin istehsalı 5 qəpikdən daha bahadır. Son illərdə onlayn ödənişlərin, yəni kart ödənişlərinin də geniş yayıldığını nəzərə almalıyıq. Bu cəhətdən 1, 3 qəpiyin dövriyyədən çıxarılması yox, sifariş olunması dayandırılmalıdır.

Yəni, onların artıq mənası qalmır. Onlar dayandırılsa, daha məntiqli olar”.

Demokrat.az

NE
Nihadə Eyyubova