Noyabrın 21-də Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndində yoxa çıxan 10 yaşlı Quliyeva Nərmin Şərif qızının qatili qohumlarından biri ola bilər. Hazırda istintaq bunu ən çox ehtimal olunan versiya kimi irəli sürür.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qız əmisi Lətif Quliyevin həyətindən yoxa çıxıb. Nərminin həyətə necə girməsini görən şahidlər tapılsa da, lakin heç kim qızın oradan necə çıxmasını görməyib.
Xatırladaq ki, qızın yanmış cəsədi yanvarın 6-da təxminən saat 21:00-da tapılıb. Polisin məlumatına görə, cəsəd Nərminin yaşadığı evdən 300 metr məsafədə aşkarlanıb. (Oxu.az)


