Sağlamlıq

Alimlər təsadüfən aşkar etdi — Böyrəklərin qocalmasını ləngidən qeyri-adi üsul tapıldı

Alimlər təsadüfən aşkar etdi — Böyrəklərin qocalmasını ləngidən qeyri-adi üsul tapıldı

Böyrəklərin qocalmasını ləngidən qeyri-adi üsul aşkarlanıb. Alimlər müəyyən ediblər ki, şəkərli diabetin müalicəsində istifadə olunan SGLT2 inhibitorları böyrəkləri yaşa bağlı damar zədələnməsindən qoruya bilər.

Demokrat.az xəbər verir ki,nəticə beynəlxalq tədqiqatçı qrupunun "Kidney International" jurnalında dərc olunan araşdırmasında yer alıb.

Tədqiqatda model orqanizm kimi Afrika firuzəyi killifishi adlı qısaömürlü balıqdan istifadə olunub. Bu növdə bir neçə həftə ərzində baş verən dəyişikliklər insanlarda onilliklərə uyğun gəlir. Yaşlandıqca balıqlarda böyrəklərin süzmə qabiliyyəti zəifləyib, kapilyar damarlar dağılmağa başlayıb, iltihab artıb və hüceyrələrin enerji mübadiləsi pozulub.

Balıqlara dapagliflozin (SGLT2 inhibitoru) verildikdə isə bu proseslərin xeyli dərəcədə yavaşladığı müşahidə edilib. Böyrəklərdə xırda damar şəbəkəsi qorunub saxlanılıb, sidiklə zülal itkisi azalıb, genlərin aktivliyi isə “gənc” profilə daha yaxın qalıb. Xüsusilə toxumaların oksigen və qida maddələri ilə təminatında mühüm rol oynayan mikrosirkulyasiya sistemində müsbət təsir nəzərə çarpıb.

Araşdırma müəllifləri bildirirlər ki, nəticələr SGLT2 inhibitorlarının insanlarda böyrək və ürək üçün faydasının təkcə qan şəkərinin tənzimlənməsi ilə məhdudlaşmadığını izah edə bilər. Alimlər bu preparatların böyrəklərdə yaşlanma proseslərini ləngitmək potensialını daha dərindən araşdırmağı planlaşdırırlar.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova