Müğənni Şəbnəm Tovuzlu şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, sənətçi illər əvvəl yaşadığı ağır itkini bölüşüb. O, ikinci dəfə ana olmağa hazırlaşdığı dövrdə xoşagəlməz hadisə ilə üzləşdiyini deyib.
Şəbnəmin sözlərinə görə, 2017-ci ildə oğlu Əlidən sonra yenidən hamilə qalıb. Lakin qəbul etdiyi dərman bətnindəki körpənin inkişafına mənfi təsir göstərib:
"2017-ci ildə oğlum Əlidən sonra ana olmağa hazırlaşırdım. Bir dərman içdim, çox pis oldum. Həmin dərman uşağın inkişafına mane olub. Onu bilmədən atmışdım. Uşaq tələf oldu. Qalsaydı indi Əli ilə əkiz kimi böyüyərdi".(milli.az)
Demokrat.az


