İqtisadiyyat

Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olundu — FOTOLAR

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov 9 fevral 2026-cı il tarixində Daşkənd şəhərində “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, üç ölkə arasında dəmir yolu sahəsində iş birliyi, o cümlədən Orta Dəhlizlə Mərkəzi Asiyadan Avropa istiqamətində yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Həmçinin bu dəhlizlə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması məqsədilə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olundu — FOTOLAR
Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olundu — FOTOLAR
Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olundu — FOTOLAR
Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olundu — FOTOLAR
Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olundu — FOTOLAR

NE
Nihadə Eyyubova