Biznes

Sahibi dünyasını dəyişən şirkətin vergi borcu üzə çıxdı

Sahibi dünyasını dəyişən şirkətin vergi borcu üzə çıxdı

Bir neçə il əvvəl rəhbərinin həyatına son qoyduğu bildirilən 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinin dövlət qarşısında vergi öhdəliklərini yerinə yetirmədiyi məlum olub.

Demokrat.az-ın əldə etdiyi məlumata əsasən, şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 8025,83 manat məbləğində borcu formalaşıb.

Qeyd edək ki, sözügedən trest 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Kommersiya qurumlarının dövlət reyestrində müəssisənin qanuni təmsilçisi kimi hazırda da Nəsirov Yusif Təvəkkül oğlu göstərilir.

Lakin əldə olunan məlumatlara görə, Y.Nəsirov 2017-ci ildə müəmmalı hadisə nəticəsində həyatını itirib. Buna baxmayaraq, şirkətin hüquqi statusu və vergi öhdəlikləri ilə bağlı rəsmi qeydlərdə hələ də dəyişiklik edilməyib.

Demokrat.az

NE
Nihadə Eyyubova