Cəmiyyət

Yarım milyondan çox pul ayrıldı — Onlara üçotaqlı mənzillər veriləcək

Yarım milyondan çox pul ayrıldı — Onlara üçotaqlı mənzillər veriləcək

Sabirabad rayonunda şəhid ailələrinin və əlilliyi olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış sahələrinin alınmasına başlanılıb. Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən bu layihə çərçivəsində rayonda 10 ədəd üçotaqlı mənzil satın alınacaq.

Demokrat.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, sözügedən mənzillərin alınması üçün dövlət büdcəsindən 694,4 min manat vəsait ayrılıb. Artıq satınalma proseduru yekunlaşıb və Agentlik Şahin Sərdar oğlu Quliyevlə müvafiq müqavilə bağlayıb.

Alınan mənzillər rayon üzrə növbəlik əsasında şəhid ailələrinə və əlilliyi müəyyən edilmiş şəxslərə təqdim ediləcək.

Demokrat.az

NE
Nihadə Eyyubova