09 fevral 2026-cı il tarixində, saat 16:00-da “Qala Həyat Sığorta Şirkəti” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5a ünvanında yerləşən ofisində Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək.
Demokrat.az xəbər verir ki, iclasın gündəliyinə Cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi, həmçinin iclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə müzakirəyə çıxarıla biləcək digər məsələlər daxil edilib.
Ümumi Yığıncaq Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin nizamnaməsinə uyğun qaydada keçiriləcək.
Demokrat.az


