Dünya Özəl

ABŞ-dən İranla bağlı xəbərdarlıq

ABŞ-dən İranla bağlı xəbərdarlıq

ABŞ-nin İrandakı virtual səfirliyi ölkədə olan vətəndaşlarına yenidən təhlükəsizliklə bağlı çağırış edib. Yanvarın 15-dən sonra yayımlanan bu ikinci xəbərdarlıqda mövcud vəziyyətin daha da gərginləşdiyi vurğulanır.

Demokrat.az-ın məlumatına görə, müraciətdə təhlükəsizlik risklərinin artması, bəzi ərazilərdə yolların bağlanması, ictimai nəqliyyatın normal fəaliyyət göstərməməsi və internetə çıxışda ciddi məhdudiyyətlərin davam etməsi diqqətə çatdırılır.

Qeyd olunur ki, internet kəsintiləri uzun müddət davam edə bilər. ABŞ vətəndaşlarına alternativ ünsiyyət imkanlarını əvvəlcədən planlaşdırmaq tövsiyə edilir. Təhlükəsizlik baxımından mümkün olduğu halda, quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində ölkəni tərk etmək variantları da nəzərdən keçirilməlidir.

Virtual səfirlik eyni zamanda ABŞ vətəndaşlarını müstəqil təxliyə planları hazırlamağa çağırır və bildirir ki, fövqəladə vəziyyət yaranacağı təqdirdə rəsmi qurumların göstərə biləcəyi yardım imkanları məhdud olacaq.

Demorkat.az

NE
Nihadə Eyyubova