Dünya Jeffrey Epstein qalmaqalını müzakirə edərkən Türkiyənin bir dövrünə damğa vuran "Kurtlar Vadisi" serialının köhnə seriyalarından biri yenidən sosial medianın mərkəzinə düşüb. İllər öncə yayımlanan həmin görüntülər bu gün üzə çıxan dəhşətli faktlarla o qədər üst-üstə düşür ki, izləyicilər serial ssenaristlərinin bu məlumatları haradan aldığı sualını verməyə başlayıb.
Sözügedən səhnədə "Majesteleri" kimi tanınan qaranlıq gücün rəhbərinin gəncləşmək və ömrünü uzatmaq üçün uşaqların qanından istifadə etdiyi açıq-aydın təsvir olunur. Videoda ağ xalatlı bir həkimin azyaşlı uşaqların qanının "Majesteleri"nə köçürüləcəyini və bunun sayəsində onun daha sağlam, gənc qalacağını izah etdiyi görünür. Uşaqların isə bu prosesin sonunda "ölümsüz olacaqları" kimi aldadıcı ifadələrlə qurban verilməsi səhnənin ən sarsıdıcı tərəfidir.
Epstein dosyesində yer alan "adrenoxrom" və elit təbəqənin gəncləşmə sevdası ilə bağlı iddialar bu gün dünya mediasını məşğul edərkən, "Kurtlar Vadisi"nin illər əvvəl bu mövzuya barmaq basması sadəcə təsadüf kimi görünmür. Sosial şəbəkə istifadəçiləri serialın sadəcə bədii nümunə yox, həm də dövrün gizli qalan məqamlarını faş edən vasitə olduğunu qeyd edirlər.
Görüntülər yayıldıqca insanların ən çox verdiyi reaksiya eynidir: "Biz bunu o vaxt sadəcə film sanırdıq".
Demokrat.az sözügedən səhnələri təqdim edir:
@murat.ayyildiz #putin #trump #kurtlarvadisipusu #kurtlarvadisi #epstein ♬ Be Peace to Someone - Reality Now Musicİsmayıl Demokrat.az


