Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda 12 və 14 yaşlı qardaş-bacıya əmiləri tərəfindən balta xəsarəti yetirilib.
Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, 2012-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb. 49 yaşlı Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.
Demokrat.az-ın“Qafqazinfo”ya istinadən məlumatına görə, sözügedən uşaqların atası Rusiyada işləyir.
Bildirilib ki, ailə təsərrüfat işləri ilə məşğul olur, zəhmətlə dolanırmış. Hər iki yeniyetmə tarlaya, kartof əkininə gedirmiş.


