Hadisə Özəl

Sabunçuda ağır qəza: xəsarət alanlar var — FOTO

Sabunçuda ağır qəza: xəsarət alanlar var — FOTO

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, “Lexus” və “Tofaş” markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəza zamanı avtomobillər idarəetməni itirərək, yolun ortasındakı parka giriblər.

Qəza nəticəsində xəsarət alan şəxslərin olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır, qəzanın səbəbləri dəqiqləşdirilir.

Sabunçuda ağır qəza: xəsarət alanlar var — FOTO

Kənan Demokrat.az

Sabunçuda ağır qəza: xəsarət alanlar var — FOTO

NE
Nihadə Eyyubova