Hadisə

30-a yaxın avtomobil buzda batdı — VİDEO

30-a yaxın avtomobil buzda batdı — VİDEO

Vladivostokdakı Voevoda körfəzində onlarla avtomobil buzda batıb.

Demokrat.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "PrimaMedia" məlumat verib. Hadisə yerindən video "YouTube"da yayımlanıb.

Kadrlarda insanların qar altında qaldığı, maşınların isə buzda batdığı görüntülənib.

"Dəqiq bilmirəm, ancaq 30-a yaxın maşındır. Tələsin! Artıq kimsə tələsməyə ehtiyac duymaz", - video müəllifi qeyd edib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Primorski Baş İdarəsindən buzda batan maşınlarla bağlı 45 dəfə məlumat daxil olduğu bildirilib. Bəzi avtomobillər qismən yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

D
demokrat.az