Hadisə

Qanunsuz saxlanılan silah-sursat aşkar edildi

Qanunsuz saxlanılan silah-sursat aşkar edildi

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Demokrat.az bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 13 tüfəng, 2 patron darağı və 5421 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

NE
Nihadə Eyyubova