Xəbər verdiyimiz kimi, Qaradağın icra başçısı Süleyman Mikayılov Prezident İlham Əliyev Sərəncamı ilə vəzifəsindənazad edilib.
Demokrat.az “Qafqazinfo”ya istinadən sabiq icra başçısının dosyesini təqdim edir:
O, 1962-ci ilin aprelin 27-də doğulub.
1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri kimi fəaliyyət göstərib.
1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini və idərə rəisi vəzifələrində çalışıb. 1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
2003-cü ildən Boks Federasiyasının vitse-prezidentidir.3 noyabr 2010-cu ildən 2014-cü ilə qədərBeynəlxalq Boks Assosiasiyasınınİcraiyyə Komitəsinin,16 aprel 2015-ci ildən etibarənAvropa Boks Konfederasiyasınınİcraiyyə Komitəsinin üzvü olub.
2005-ci ildə 8 ay müddətinəYardımlıya rəhbərlik etdikdən sonra2005–2010-cu illərdəLənkəranşəhər İcra Hakimiyyətində başçı olub. 2010-cu ildən isəQaradağa başçı təyin edilib.
Ailəlidir, iki övladı var.
Demokrat.az


