Dünən paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində zəncirvariyol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.azxəbər verir ki, qəzanın baş verdiyi anın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki,yolkəsişməsində “Mercedes” markalı kiçiktutumlu yük avtomobili sürücünün idarəetməsindən çıxıb. Nəticədə maşın öz yolu ilə hərəkət edən “Fiat Doblo” və “Hyundai” markalı digər minik avtomobilləri ilə toqquşub. Zərbənin təsirindən avtomobillər yaşıllıq zolağa daxil olublar. Bu zaman piyada səkisində dayanan vətəndaşlardan biri son anda ölümdən xilas ola bilib.
Hadisə anının görüntülərini təqdim edirik:


