Gündəm

Röya qalmaqalına görə Xətai İcra hakimiyyətindəki vəzifəsini itirdi — VİDEO/FOTO

Röya qalmaqalına görə Xətai İcra hakimiyyətindəki vəzifəsini itirdi — VİDEO/FOTO

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub.

Demokrat.az iqtisadiyyat.az-a xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.

Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2017-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan 24-ə daxil olan məlumata görə, Etibar Əhmədovun işdən azad edilməsinə səbəb bir müddət əvvəl müğənni Röyanın rəsmi protokola zidd qarşılanma mərasimi ilə bağlı yaranan qalmaqal olub. Həmin tədbirin o şəkildə təşkilinin və Röya ilə bağlı dəvətin ideyasının məhz bu müavinə aid olduğu iddia edilir.

Röya qalmaqalına görə Xətai İcra hakimiyyətindəki vəzifəsini itirdi — VİDEO/FOTO

Demokrat.az

NE
Nihadə Eyyubova