İkt

"Pinterest" süni intellektə görə işçilərini çıxarır

Pinterest süni intellektə görə işçilərini çıxarır

"Pinterest" platforması süni intellektintətbiqinə daha çox diqqət ayırmaq məqsədilə əməkdaşlarının 15%-ni ixtisar etməyi planlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə "The Verge"nəşri məlumat yayıb.

Bildirilir ki, ixtisarlar sentyabrın sonunadək davam edəcək və təxminən 700 nəfəri əhatə edəcək. Şirkət rəhbərliyi bu addımı üç transformasiya təşəbbüsüilə əsaslandırıb.

"Pinterest" resurslarısüni intellektyönümlü, yeni texnologiyaların iş proseslərinə inteqrasiyasına töhfə verən əməkdaşların xeyrinə yenidən bölüşdürməyi planlaşdırır. Eyni zamanda, platforma süni intellekt əsasında qurulan məhsullara üstünlük verməyi hədəfləyir.

Şirkət rəhbərliyinin fikrincə, işçi sayının azaldılması satış strategiyasının transformasiyasını da sürətləndirəcək. Yenidənqurma "Pinterest"ə təxminən 35–45 milyon dollar vəsaitə başa gələcək.(Axsam.az)

Demokrat.az

NE
Nihadə Eyyubova