Azərbaycanın ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili 27 yanvar 2026-cı ildən başlayır.
Demokrat.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına və Elm və Təhsil Nazirliyinin təsdiqlədiyi tədris planına əsasən, qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək. Bu qrafik həm 5 günlük, həm də 6 günlük iş həftəsi ilə təhsil alan bütün məktəblərə şamil olunur.
Tətil müddəti bitdikdən sonra fevralın 1-i bazar gününə düşdüyü üçün dərslər 2 fevral 2026-cı il, bazar ertəsi günü bərpa olunacaq.
Demokrat.az


