Cəmiyyət

“Martda uşağı olacaqdı, sevinclə onu gözləyirdi...” — VİDEO

“Martda uşağı olacaqdı, sevinclə onu gözləyirdi...” — VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Samux rayonundafəhlələri daşıyanmikroavtobusidarəetmədən çıxaraq aşıb.

Demokrat.az-ın məlumatına görə, qəza nəticəsində ölən Vüqar Əsgərovun qardaşı İsa Əsgərov Baku TV-yə danışıb.

O bildirib ki, qardaşı Şəmkirdə günü 15 manata fəhləlik edirmiş: “1 aya yaxın idi hər gün işə gedirdilər. Saat 7-yə qalmış zəng etdilər ki, qəza olub, tez özünü yetir. Getdim, amma gec idi. Qardaşım yeni evlənmişdi, martda uşağı olacaqdı, sevinclə onu gözləyirdi”.

Qəza nəticəsində zərərçəkən Məharət Zülfqarov da qeyd edib ki, V. Əsgərov mikroavtobusun altında qalıb:“Həmin vaxt mən yatmışdım. Ayıldım ki, yumarlanmışıq. Özümdə deyildim, telefonun işığını yandırdım, baxdım ki, rəhmətlik mikroavtobusun altına düşüb. O, qapının arasında sıxılmış vəziyyətdə qalmışdı”.

Xatırladaq ki, hadisə nəticəsində daha 3 nəfər qadın daxəsarət alıb.

Daha ətraflı videomaterialda:

NE
Nihadə Eyyubova