23 yanvar 2026-cı il tarixində Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2025-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli hesabat yığıncağı keçirilib.
Demokrat.az-ın məlumatına görə, yığıncaqda Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısı cənab Sevindik Hətəmov, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhər bələdiyyəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Laləzar İbrəhimova hesabat məruzəsi ilə çıxış edərək, 2025-ci il ərzində şəhərdə görülmüş işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Daha sonra məruzə ətrafında xidmət sahələrinin rəhbərləri və şəhər bələdiyyəsinin nümayəndələri çıxış edərək, şəhər sakinlərinə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısı cənab Sevindik Hətəmov çıxış edərək, 2025-ci ildə görülmüş işləri müsbət qiymətləndirmiş, 2026-cı ildə qarşıda duran vəzifələr barədə müvafiq tövsiyə və tapşırıqlarını verib.













