Aparıcı Mətanət Əliverdiyevanın verilişinin adından istifadə edərəkdələduzluq etməyə cəhd ediblər.
Bu barədə aparıcı "Xəzər axşamı" verilişində danışıb:
"Bu gün evimizinbir rəfiqəm mənə zəng edib və deyir ki, yaxın olduğubir müğənni mənim verilişimdə qonaq olacaq. Mən də proqramıma bu gün kimlərin dəvət olunduğunu bilirəm. Deməli, bir nəfər həmin müğənniyə bizim prodüserimizin adındanzəng edib və deyib ki, "Mətanət xanımın verilişinə dəvətlisən, amma ki, kartıma 200 manat göndər". Rəfiqəm bu hadisəni mənə danışan kimi, qıcıqlandım. Bilirəm ki, bizim əməkdaşımız belə iş görməz. Həmin şəxsin nömrəsini istədim və bizim prodüserimiz olmadığını öyrəndim. Yenə başlandı, bu məsələlər bir ara səngimişdi. Bu 200 manatla nə varlı, nə də kasıb olacaqsınız. Amma sizin ikiüzlü olduğunuz üzə çıxdı".(axsam.az)


