Kriminal

Axtarışda olan şəxslər TƏHVİL VERİLDİ

Axtarışda olan şəxslər TƏHVİL VERİLDİ

Yanvarın 21-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Demokrat.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 38 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

NE
Nihadə Eyyubova