İdman

"Yuventus" Ronaldo ilə bağlı qərar verdi

Yuventus Ronaldo ilə bağlı qərar verdi

“Yuventus” rəhbərliyi portuqaliyalı ulduzu Kristiano Ronaldonun müqavilə müddətini uzatmaq barədə qərar qəbul edib.

Demokrat.az xəbər verir ki, dekabrın 29-da Ronaldonun meneceri Jorje Mendeş Turin klubunun nümayəndələri ilə müzakirələr aparıb.

Yeni müqaviləyə həmçinin qarşılıqlı razılaşma əsasında 2022-ci ildə başa çatacaq anlaşmanın daha bir il artırılması ehtimalı ilə bağlı bənd də əlavə oluna bilər.

Yeni razılaşma ilə Ronaldonun maaşı əvvəlki səviyyədə qalacaq – illik 35 milyon avro. (Offsideplus.az)

D
demokrat.az