Gündəm

DİN: Paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib (FOTOLAR)

DİN: Paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib (FOTOLAR)

Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən Suraxanı rayonunun İlqar Musayev, Abbas Fətullayev, Babək küçələri, Xətai rayonunun Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, İnqilab İsmayılov küçələri və "Neapol" dairəsində nəqliyyatın hərəkəti çətinləşib.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Bilidirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.

DİN: Paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib (FOTOLAR)
DİN: Paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib (FOTOLAR)

NE
Nihadə Eyyubova