Hadisə

On gündür komada olan qazi vəfat etdi — FOTO

On gündür komada olan qazi vəfat etdi — FOTO

Vətən müharibəsinin qazisi Hüseynov Əsgər Qüdrət oğlu vəfat edib.

Demokrat.az xəbər verir ki,bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Bildirilib ki, bir neçə gün əvvəl Ə.Hüseynovun səhhətində problem yaranıb, tempraturu yüksəlib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Müayinə nəticəsində qazidə pnevmoniya (sətəlcəm, ağciyər iltihabı) aşkarlanıb. Aparılan müalicə effektverməyib, onun tempraturu düşməyib. Nəticədə Ə.Hüseynovun böyrəklərində də problem yaranıb və o, komaya düşüb. On gün komada qalan qazi ağciyər və böyrək çatışmazlığından yanvarın 19-da xəstəxanada dünyasını dəyişib.

Mərhum bu gün Yeni Suraxanı qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

NE
Nihadə Eyyubova