Hadisə

Gədəbəydə qadın, Bakıda isə kişi dəm qazından ölüb

Gədəbəydə qadın, Bakıda isə kişi dəm qazından ölüb

Gədəbəy rayonunda 54 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Demokrat.az xəbər verir ki, hadisə yanvarın 17-də rayonun Zəhmət kəndində baş verib.

1972-ci il təvəllüdlü Rəxşəndə Rzayeva yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Paytaxtın Suraxanı rayonunda isə 67 yaşlı şəxs dəm qazından boğulub. Hadisə yanvarın 17-də qeydə alınıb.

Hövsan qəsəbə sakini 1959-cu il təvəllüdlü Tahir Ağayev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək həyatını itirib.

Hər iki faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova