Hadisə

Avtomobil kanala düşdü, ölən var

Avtomobil kanala düşdü, ölən var

Bu gün Ucarda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kəndinə gedən yolda qeydə alınıb.

“Mercedes C Class” markalı minik avtomobili aşaraq yol kənarındakı su kanalına düşüb. Nəticədə sürücü 1994-cü il təvəllüdlü Coşqun Məmmədov hadisə yerində ölüb.

Qəza yerinə polis əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova