Hadisə

1 yaşlı körpə öldü — YENİLƏNİB

1 yaşlı körpə öldü — YENİLƏNİB

Yanvarın 14-ü saat 07:50 radələrində Abşeron rayonu, Xırdalan şəhərindən təcili çağırış qeydə alınıb.

Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib.

“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2025-ci il təvvəllüdlü körpənin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb”, - TƏBİB-dən qeyd edilib.

*** 10:25

Abşeronda 1 yaşlı körpə ölüb.

Demokrat.azxəbər verir ki, yanvarın 14-ü 2025-ci il təvəllüdlü Arif Osmanzadə yaşadığı Xırdalan şəhəri Abşeron Gənclər şəhərciyi ev 42 mənzil 69-da inkişafdan qaldığı üçün ölüb.

Araşdırmalar aparılır.

NE
Nihadə Eyyubova