Maraqlı

Şaxta Baba uşaqlara konfet əvəzinə tütün payladı

Şaxta Baba uşaqlara konfet əvəzinə tütün payladı

Bu günlər uşaqların gözləri daha çox Şaxta Babanı axtarır. Ondan müxtəlif hədiyyələr gözləyirlər. Amma “ağ saqqallı kişi” həmişə etimadı doğrultmur.

Demokrat.az xəbər verir ki, Rusiyanın Penza şəhərində Şaxta Baba uşaqlara konfet əvəzinə sovurulma tütün paylayıb.

Uyğun geyimdə olan həmin adam 1 saylı gimnaziyanın yanında uşaqlara şirniyyata bənzəyən bir şey paylamağa başlayıb. Sonradan valideynlər bunun tütün olduğunu öyrənib.

“Snus” adlanan bu maddə heç də zərərsiz deyil. Bəzən belə fikir formalaşdırmağa çalışırlar ki, sovurulma tütündən qorxmağa gərək yoxdur. Əslində, istənilən halda nikotin orzanizmə düşür.

Rusiyada bir neçə ildir sovurulma tütün qadağan olunub. Çünki xeyli zəhərlənmə xəbərləri gəlmişdi.(Bizimyol.info)

D
demokrat.az