İnfrastruktur Özəl

Bakının mərkəzində yeni körpü salınır? — Deputatdan AÇIQLAMA

Bakının mərkəzində yeni körpü salınır? — Deputatdan AÇIQLAMA

”Bakıda tıxacın qarşısını almaq üçün bir çox tədbirlər həyata keçirilir. Yeni yollar salınır, körpülər inşa edilir və tıxac yaranma səbəbləri öyrənilərək onların qarşısını almaq üçün müvafiq addımlar atılır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib.

O deyib ki, hələ də bu fəaliyyətin davam etdirilməsi zəruridir:

“Təkliflərdən biri Bakının mərkəzində yeni körpülərin salınmasıdır. Bu təklif bütün maraqlı tərəflər tərəfindən öyrənilməlidir. Layihədə mühəndislər, memarlar, ekoloqlar və iqtisadçılar iştirak etməli, hərtərəfli qiymətləndirmə aparılmalıdır. Bu inşa olunduqda Bakı körpülərinin görünüşü kökündən dəyişəcək. Bir sözlə, bu yalnız variantlardan biridir. Amma görülən işlər tıxacların qarşısını almağa yönəlib və hesab edilir ki, zamanla öz nəticəsini göstərəcək”.

Xatırladaq ki, son günlər sosial şəbəkələrdə Bakının mərkəzində tıxacın qarşısını almaq məqsədilə körpü inşa ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Leyla Turan Demokrat.az

D
demokrat.az