Region

Paşinyan avtomobilinin nömrəsini dəyişdi — FOTO

Paşinyan avtomobilinin nömrəsini dəyişdi — FOTO

Ermənistanda bugünkü hökumət iclasının gündəliyində BaşnazirNikol Paşinyanın xidməti avtomobilinin nömrələri dəyişdirilməsi təklif edilib.

Avtosfer.azxəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Həmin nəqliyyat vasitəsinin nömrə nişanının 5 simvoldan ibarətdir: “001 ՍՍ” (SS).

Hökumət İsveç və İslandiya təcrübəsini öyrənib. Orada yüksək vəzifəli şəxslərin xidmətində olan nəqliyyat vasitələri üçün standartdan fərqli, xüsusi qayda tətbiq olunur: nömrələr daha az simvoldan ibarət olur. Buna görə də, hökumət Paşinyanınavtomobilnömrələrini beynəlxalq müasir tendensiyalarla uyğunlaşdırmaq qərarına gəlib və yalnız “1” rəqəmi ilə kifayətlənmək niyyətindədir”, – deyə qeyd edilib.

Paşinyanda sözügedən qərara münasibət bildirib:

“Nömrə nişanının dəyişdirilməsində müəyyən məntiq var. Belə ki, mövcud nömrə nişanındakı “SS” hərfləri Serj Sərkisyanın adının baş hərfləri kimiqəbulolunub. Biz hesab edirik ki, həmin nömrə nişanı heç kimin adının baş hərflərini daşımamalıdır. Yəni indi mən də “NP 001” yazdırmamalıyam”.

Paşinyan avtomobilinin nömrəsini dəyişdi — FOTO

NE
Nihadə Eyyubova