Hadisə

Yevlax sakini özünü asdı

Yevlax sakini özünü asdı

Yevlax rayonunda ölüm hadisəsi baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Ərəbbəsrə kəndində qeydə alınıb.

Təqribən 20 yaşlı oğlanın kəndirdən asılı vəziyyətdə cansız bədəni aşkar edilib. İlkin məlumata görə, ölən gənc Elvin Məmmədovdur. Onun beş-altı ay öncə hərbi xidmətdən gəldiyi deyilir. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Demokrat.az.

D
demokrat.az