28 yaşlı məğlubedilməz UFC yüngül çəki çempionu olan gürcüəsilli İlya Topuriya İspaniya məhkəməsinə çağırılıb.
Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, döyüşçünün həyat yoldaşı Corina Uzkateqi Badell həyat yoldaşını məişət zorakılığı, bədən xəsarəti yetirmək və ailədəki qəddar davranışda günahlandırır.
Yanvarın 7-də Corcinanın himayəsində olan qızları ilə bağlı vəziyyəti həll etmək üçün məhkəmə iclası keçiriləcək. Badell məhkəmədən qızı ilə birlikdə İspaniyanı tərk etmək üçün icazə istəyir.
Ailəsində yaranan vəziyyətə görə Topuriya UFC-də karyerasını qeyri-müəyyən müddətə dayandırıb.


