Gündəm

Üzərinə yol nişanı aşan Sərxanın VƏZİYYƏTİ AĞIRDIR

Üzərinə yol nişanı aşan Sərxanın VƏZİYYƏTİ AĞIRDIR

Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan uşağın durumu bəlli olub.

Demokrat.az xəbər verir ki,2015-ci il təvəllüdlü Sərxan Hüseynli hazırda Mərkəzi Klinikada Pediatrik reanimasiya şöbəsində müalicə alır.

Məlumata əsasən, S.Hüseynlinin vəziyyəti orta ağır stabil olaraq dəyərləndirilir. (oxu.az)

NE
Nihadə Eyyubova