Region

Onlar da həbs olundu

Onlar da həbs olundu

İstanbul Baş prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsindəhəbs olunan tanınmış şəxslərin sayı artıb.

Axşam.az xəbər verir ki, istintaq çərçivəsində fotoqrafMert Alaş, iş adamı Fatih Garipoğlu və ortağı Gökmen Kadir Şeynova həbs edilib.

Qeyd edək ki, dekabrın 18-də saxlanılanlar arasında yer alanaktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki daha sonra sərbəstburaxılıb. Bir neçə tanınmış sima xarici ölkələrdə olduqlarına görə barələrində axtarış qərarı verilib. Onlar arasında iş adamı Acun Ilıcalının eks-xanımı Şeyma Subaşı da var.

NE
Nihadə Eyyubova