Maliyyə Özəl

“Qala Sığorta” və “Qala Həyat Sığorta” beynəlxalq tədbirə sponsorluq ediblər — FOTOLAR

“Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri üzvü olduqları Caspian Energy Club-ın təşkil etdiyi “12-ci Beynəlxalq Caspian Business Award” tədbirinə sponsorluq ediblər.

Demokrat.az xəbər verir ki, beynəlxalq və yerli biznes nümayəndələrini bir araya gətirən nüfuzlu tədbirdə “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətlərinin geniş rəhbər heyəti iştirak edib.

Tədbir çərçivəsində regionda biznesin inkişafına töhfə verən, müxtəlif sahələrdə fərqlənən şirkət və liderlər mükafatlandırılıb.

Qeyd edək ki, “Caspian Business Award” mükafatı hər il biznes, iqtisadiyyat və korporativ idarəetmə sahəsində əldə olunan nailiyyətlərin tanıdılması məqsədilə keçirilir və regionun ən nüfuzlu biznes tədbirlərindən biri hesab olunur.

Demokrat.az

“Qala Sığorta” və “Qala Həyat Sığorta” beynəlxalq tədbirə sponsorluq ediblər — FOTOLAR
“Qala Sığorta” və “Qala Həyat Sığorta” beynəlxalq tədbirə sponsorluq ediblər — FOTOLAR
“Qala Sığorta” və “Qala Həyat Sığorta” beynəlxalq tədbirə sponsorluq ediblər — FOTOLAR
“Qala Sığorta” və “Qala Həyat Sığorta” beynəlxalq tədbirə sponsorluq ediblər — FOTOLAR

NE
Nihadə Eyyubova