Sosial Özəl

Bu məktəblər distant təhsilə keçir? — AÇIQLAMA

Bu məktəblər distant təhsilə keçir? — AÇIQLAMA

"Distant təhsil dünyada ən çox müzakirə olunan məsələlərdən biridir və bu mövzu ölkəmizdə də daim gündəmdədir. Bəzən belə bir yanaşma formalaşır ki, distant təhsil yalnız pandemiya dövrü üçün aktual idi. Lakin bugünkü qlobal reallıqlar göstərir ki, bu yanaşma artıq köhnəlib və dünyada təhsil modelləri ciddi şəkildə dəyişib".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O deyib ki, beynəlxalq təcrübədə, xüsusilə ucqar və nəqliyyat imkanları məhdud olan ərazilərdə distant təhsildən çıxış yolu kimi istifadə olunur:

"Məktəblilərin gediş-gəlişinin çətin olduğu hallarda tədris prosesinin fasiləsizliyini təmin etmək üçün bu sistem tətbiq edilir. Azərbaycanda da bəzi bölgələrdə, xüsusilə hava şəraitinin əlverişsiz olduğu, yol infrastrukturunun problemlər yaratdığı kənd və yaşayış məntəqələrində distant təhsilin tətbiqi nəzərdən keçirilə bilər.

Qar, yağış və mövsümi hava şəraiti səbəbindən təhsildə fasilələrin yaranmasının qarşısını almaq üçün distant təhsil effektiv alternativ ola bilər. Bu yanaşma tədris prosesinin davamlılığını təmin etməklə yanaşı, ümumi təhsil keyfiyyətinə də müsbət təsir göstərə bilər".

Qeyd edək ki, Emin Əmrullayev çıxışında bəzi məktəblərdə distant təhsilə keçid ediləcəyini bildirib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova