Şou-biznes

Tolqadan Günaya cavab: “Oğlum Türkiyədə qalsın”

Tolqadan Günaya cavab: “Oğlum Türkiyədə qalsın”

Türkiyəliaktyor Tolqa Karel ondanşikayətçiolan keçmiş həyat yoldaşı, azərbaycanlı model Günay Musayevaya cavab verib.

Axşam.az xəbər verir ki, aktyor sosial şəbəkədə paylaşım edərək Günayın narkotik maddə istifadəçisi olduğunu iddia edib:

"İnsanlar keçmişi unuda bilər, amma Türkiyə mediası arxivləri və məhkəmə qərarlarını təəssüfki, qeydiyyata alır. Deyəsən, narkotik tədarükçün dəyişib və yayeni bir filmin üçün piyar hazırlıqlarına başlamısan.

Oğlum Cahangirin 18 yaşına qədər, Türkiyə qalması daha xeyirli olacaq. Amma desən ki, artıq təmizəm, həkimdən müsbət qan və saç nümunələrigətir. Bəlkə fikrimi dəyişdim.

Məni heç tanımayan, sadəcə o qadının yalanları və şərlərinə görə, digər 4 uşağımın varlıqlarını ve yaşamlarını heçə sayıb. Sadəcə bir uşağımın üzərindən şəxsiyyətimə, mənə və ailəmərəy bildirənlərin, digər uşaqlarımın qüruru və şərəfi üçün ciddi bir üzrxahlıqgözləyirəm. Əks təqdirdə ölümlü dünyadır, heç birinə qulluq haqqımı halal etmirəm".

Qeyd edək ki, Günay oğlu Cahangiri xaricə apara bilmədiyini, atasının icazəsi tələb olunduğunu deyib. O, övladının arzusunu gerçəkləşdirmək üçün Tolqaya səslənib

NE
Nihadə Eyyubova