Gündəm

"Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək"

Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

"Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olan ölkə olaraq biz birinci yerdəyik".

Demokrat.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Prezidentİlham ƏliyevSlovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib.

"Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır", - deyə dövlətimizin başçısı əlavə edib.

NE
Nihadə Eyyubova