Hadisə

Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır — Adlar (FOTO)

Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır — Adlar (FOTO)

Xəbər verdiyimiz kimi,Biləsuvarda“Lexus” markalı minik avtomobilinin idarəetmədən çıxaraqkanala aşması nəticəsində 5 nəfər ölüb.

Demokrat.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin kimliyi məlum olub.

Belə ki, qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib.

Məlumata görə, Rusif və Vasif Həsənli qardaşdır.

Bəydili kənd sakini olan Əliqardaş Rəsulzadəyaxın günlərdə hərbi xidmətə gedəcəkmiş.

Fotoda:Əliqardaş Rəsulzadə

Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır — Adlar (FOTO)

NE
Nihadə Eyyubova