Sosial

Bakı-Astara yolu pullu olacaq? — RƏSMİ AÇIQLAMA

Bakı-Astara yolu pullu olacaq? — RƏSMİ AÇIQLAMA

Zaman-zaman mediada Bakı–Astara yolunun ödənişli əsaslarla istifadəyə veriləcəyi ilə bağlı müxtəlif məlumatlar yayılır.

Bəs bu yol nə vaxtdan pullu olacaq?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu barədə məsələ müzakirə olunmur.

Mətbuat katibi qeyd edib ki, hər hansısa yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.

NE
Nihadə Eyyubova