Bakının Nizami rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 11-də baş verib. Bərdə rayon sakini, 1999-cu il təvəllüdlü Nicat həmin gün saat 16 radələrində yaşadığı evdə arvadı Könülün mobil telefonuna tanımadığı şəxs tərəfindən mesaj göndərilməsi səbəbindən mübahisə edib.
Aralarında baş vermiş mübahisə zamanı Nicat əli ilə arvadının sağ gözaltı və təpiklə sol baldır nahiyyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu işə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən ərinə qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


