Bakının Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Demokrat.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
"Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbi ilə xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlardan bir nəfərə (kişi) termiki yanıq, dörd nəfərə isə (biri kişi, üçü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir".
*** 09:42
Bakıda obyektdə partlayış olub.
Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.


