Şou-biznes

Ofelya metroda "konsert" verdi — VİDEO

Ofelya metroda konsert verdi — VİDEO

Müğənni Ofelya Şabanova İTV-nin layihəsi çərçivəsində yayımlanan "Yeraltı" verilişinin qonağı olub.

Demokrat.azxəbər verir ki, layihənin konseptinə uyğun olaraq sənətçi bu dəfə metroda çıxış edərək öz ifalarını səsləndirib.

Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Xüsusilə Ofelya Şabanovanın muğamdan bir parçasəsləndirməsi izləyicilər tərəfindən bəyənilib və sənətçinin səs imkanları yüksək qiymətləndirilib.

Bununla yanaşı, bəzi sosial media istifadəçiləri müğənninin gündəmə gəlmək üçün seçdiyi üsulu uyğun hesab etməyərək tənqid ediblər.

Şabanovanın ifası qısa müddətdə sosial mediada müzakirələr yaradıb.

NE
Nihadə Eyyubova