Hadisə

Yasamaldakı yaşayış binasında yanğın məhdudlaşdırılıb — YENİLƏNİB

Yasamaldakı yaşayış binasında yanğın məhdudlaşdırılıb — YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb.

Bu barədə FHN-dən bildirilib.

xxx

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

NE
Nihadə Eyyubova