Siyasət

Üç və daha çox uşaqlı ailələrə bu güzəştlər edilə bilər — YENİ TƏKLİF

Üç və daha çox uşaqlı ailələrə bu güzəştlər edilə bilər — YENİ TƏKLİF

Milli Məclisdə üç uşaqlı ailələrə güzəştlərin olunması təklif edilib.

Bu təkliflə deputat Hicran Hüseynova Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

“Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, uşaq bağçalarında və təhsil müəssisələrində tibbi və psixoloji xidmətin təşkili, beynəlxalq təcrübəni öyrənməklə üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac var”, - deyə o qeyd edib. (Bizim.Media)

NE
Nihadə Eyyubova