Gündəm Özəl

Azərbaycan–ABŞ münasibətlərində daha aktiv mərhələ başlayıb — ŞƏRH

Azərbaycan–ABŞ münasibətlərində daha aktiv mərhələ başlayıb — ŞƏRH

“Avqustun 8-dən sonra Azərbaycan–ABŞ münasibətlərində daha aktiv bir mərhələ başlayıb”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanl deyib.

O əlavə edib ki, ABŞ-nin regiona marağı artdığı üçün Vaşinqton Bakı ilə əlaqələri genişləndirmək istəyir:

“Bu sənədlər həm sülh prosesinin irəliləməsinə, həm də iki ölkə arasında siyasi dialoqun güclənməsinə xidmət edir. ABŞ üçün Azərbaycan enerji təhlükəsizliyi və regional sabitlik baxımından vacib tərəfdaşdır. Buna görə Vaşinqton Cənubi Qafqazda baş verən proseslərdə daha fəal rol almağa çalışır. Bu fəallıq Ermənistan–Azərbaycan münasibətlərinə də təsir edə bilər və sülh danışıqlarını sürətləndirə bilər. Azərbaycan üçün bu yeni mərhələ beynəlxalq arenada mövqelərini gücləndirmək imkanı yaradır. Bakı ABŞ ilə əməkdaşlığı artırmaqla həm siyasi, həm də diplomatik üstünlüklər əldə edə bilər. Bu proses regionda yeni balans formalaşdırır və qarşıdakı dövrdə münasibətlərin daha dinamik olacağını göstərir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova