Bakıda daha bir bahalı villa satışa çıxarılıb. Dəbdəbəli mülk paytaxtın Nərimanov rayonu ərazisində, “Gənclik” metrosunun yaxınlığında inşa olunub.
Metbuat.az xəbər verir ki, satışa çıxarılan villa 7 otaqdan ibarətdir. Mülkün ümumi sahəsi 1000 kv. metrdir.
Villa məşhur brend mebellər və avadanlıqlarla təchiz edilsə də, əşyasız satılır.


