Kriminal

Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı

Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəminində 1969-cu il təvəllüdlü Əbülfəz Həsənovu bıçaqlayıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən şəxsin vəziyyəti orta ağırdır və müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

NE
Nihadə Eyyubova